“Tramp ABŞ prezident seçkilərində qalib gələnə qədər onun həyatı risk altındadır”
Macarıstanın Baş naziri Viktor Orban ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdini şərh edib. AYNA xəbər verir ki, bu barədə Baş nazir “X” sosial şəbəkə hesabında yazıb.
Orban deyib ki, Tramp ABŞ prezident seçkilərində qalib gələnə qədər onun həyatı risk altındadır.
“Aydındır ki, Tramp qalib gələnə qədər onun həyatı təhlükədədir. Sizin üçün dua edirik, cənab Prezident!”, Orban yazıb.
Qeyd edək ki, dünən Trampa qarşı növbəti sui-qəsd cəhdi təşkil edilib. Tramp “West Palm Beach”də qolf klubunu ziyarət edərkən onun yaxınlığında atışma baş verib.
“Məni heç nə dayandıra bilməz. Mən heç vaxt təslim olmayacağam”, - deyə Tramp açıqlamasında qeyd edib.
Hüquq-mühafizə orqanları hücum edən şəxsi saxlayıb. KİV-in məlumatına görə, onun 58 yaşlı Rayan Uesli Root olduğu üzə çıxıb.