Orban seçkilərdə uduzdu – Baş nazir Maqyarı təbrik edib

Dünya

13.04.2026 - 01:21

Müxalifətdəki "Tisza" Partiyası liderliyi ələ keçirib

Baş nazir Orban Macarıstan seçkilərində ağır məğlubiyyətə uğrayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, müxalifətdəki "Tisza" Partiyası liderliyi ələ keçirib.

İlkin nəticələrə görə, Peter Maqyarın partiyası hakim "Fidesz" Partiyasından xeyli irəlidədir və birinci yerdədir.

Orban rəsmi olaraq məğlubiyyətini etiraf edib. O bildirib ki, seçki nəticələri “Fidez” üçün aydın və ağrılıdır.

Bununla belə, partiya müxalifətdə olarkən vətəninə və millətinə xidmət etməyə davam edəcək.

"Tisza" Partiyasının lideri Maqyar bildirib ki, Orban artıq onu qələbəsi münasibətilə təbrik edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş