Oqtay Şirəliyev: "Sərt tədbirlər olmasa, xəstələrin sayı yüz minlərlə arta bilər"

Cəmiyyət

24.03.2020 - 22:57

Həkimlər Klinikalar SEO Xidməti

"Nəzərdə tutulub ki, lazım olanda çarpayı və xəstəxana sayı artırılsın. Xüsusi həkim briqadaları da yaradılıb. Biz hər şeyə hazırıq"

 

Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin "Hədəf" proqramında qonaq olub. AYNA xəbər verir ki, nazir indiki dönəmlə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.

 

Oqtay Şirəliyev bildirib ki, koronavirusla bağlı testlər gecə ilə Türkiyədən Azərbaycana gətirilib: "İlk xəstələri də bu testlərin köməyi ilə müəyyən edə bildik. İlk günlərdən onlar izolyasiyaya götürüldü və müalicələri başladı. Məhz bunun nəticəsidir ki, neçə xəstə artıq sağalaraq evə göndərildi. Qalanların arasında xəstəliyin müsbət gedişi onu deməyə əsas verir ki, tezliklə onlar da sağalacaq. Açıq demək lazımdır ki, xəstəliyin gedişatı və başqa ölkələrin təcrübəsi, proqnozlar göstərir ki, daha ciddi sərt tədbirlər olmasa, vəziyyət tam dəyişə bilər. Xəstələrin sayı on, yüz minlərlə arta bilər. O cümlədən inkişaf edən ölkələrin səhiyyəsi də bunu çatdıra bilməz".

 

"Hər kəs artıq xəstəlik və onun mənbəyi haqqında məlumatlıdır. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiya halını almamışdan qabaq epidemiyanın alovlanmasının qarşısı vaxtında alındı. Bu günə qədər koronavirusla bağlı 10 minə qədər laborator test edilib. Xaricdən gələnlər hamısı həkim nəzarətindədir. Başqa xəstəlikdən əziyyət çəkən insanlar da bütün hallarda həkimə müraciət edə bilərlər. Bu gün ölkədə heç bir qıtlıq müşahidə olunmur. Azərbaycana nə lazımdırsa, ölkəyə gətirilir. Bu da ciddi nəzarət altında həyata keçirilir", - səhiyyə naziri bildirib.

 

Nazirin sözlərinə görə, Nazirlər Kabineti yanında operativ qərargahla mövcud qərarları hazırlayanda bu işə həssas şəkildə yanaşılıb: "Qərarın iki məqsədi var idi. Belə ki, ilk olaraq xəstəliyə yoluxmanın qarşısını almaq və imkan daxilində həyat tərzinə çoxlu problemlər yaratmamaq. Bütün məsələlər hərtərəfli düşünülmüşdü”.

 

O.Şirəliyev qeyd edib ki, laboratoriyalar tam gücü ilə işləyir: “Onlar nəinki Bakıda, hər yerdə var. Ölkədə çox savadlı kadrlar var. Eyni zamanda maddi və texniki imkanlar yüksək səviyyədədir. Ən əsas odur ki, insanlar öz ətrafını və ümumilikdə xalqı qorumaq lazımdır. Sosial məsuliyyət mütləq vacibdir. Hər kəsdə güclü iradə olmalıdır. Bütün qurumlar mövcud vəziyyətdən xəbərdardır. Nəzərdə tutulub ki, lazım olanda çarpayı və xəstəxana sayı artırılsın. Xüsusi həkim briqadaları da yaradılıb. Biz hər şeyə hazırıq. Azərbaycanda xəstə sayına baxanda istəyirik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın".

 

Səhiyyə naziri Çin və İtaliyada koronavirusun yayılmasını Azərbaycanla müqayisə edib: "Konkret olaraq bu günkü vəziyyət belədir: Bir milyard yarım əhalisi olan Çində bu virusdan ölənlərin sayı 3 mindən biraz artıqdır. 60 milyon əhalisi olan İtaliyada isə bundan iki dəfə çoxdur. Əlbəttə bu, göz qabağındadır. Çində nizam-intizam oldu və tədbirlər görüldü. İtaliyada isə bu məsələyə laqeyd və çox yüngül yanaşdılar. Nəticəsi də bu gün göz qabağındadır. Görürsünüz ki, ölkə nə gündədir. Orada lazım olan təchizat və avadanlıq yoxdur".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş