Onlayn dərslərdən çıxarılan dərs: <font color=red> Qiymət dəftərimizə nə yazaq?</font>

Cəmiyyət

11.06.2020 - 13:15

Təhsil Nazirliyi yekun rəyi iyulun sonlarına doğru açıqlayacağını bildirsə də, nəticələr yuxarı-aşağı göz qabağındadır

 

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə mart ayının 3-dən məktəblər bağlandı. Təhsil Nazirliyinin dəstəyi ilə mart ayının 16-dan “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verildi. Bu, özlüyündə müsbət addım olsa da, yetərli çarə ola bilmədi. Məsafədən təhsil çıxış yolu kimi görünsə də, zəif internet və yetərsiz texniki imkan buna da mane oldu. Müşahidələr onu göstərdi ki, sadalanan problemlərdən dolayı onlayn təhsil də hər kəs üçün əlçatan olmadı. Faydalanmağa çalışanlar isə bir sıra problemlərə qarşılaşdılar.

 

AYNA mövzu ilə əlaqədar valideyn, müəllim və şagirdlərin fikrini öyrənib.

 

Valideyn Süsən Kamilovanın övladı birinci sinif şagirdidir. O, ilk vaxtlar çox çətinlik çəkdiklərini deyir: “Mart ayında məktəblər bağlanandan sonra müəllim “Whatsapp” proqramındakı qrupumuzda tapşırıqlar verirdi. Biz də özümüz uşaqlara tapşırıqları həll etdirir, şəklini, videosunu qrupa göndərirdik. Bu, çox çətin idi. İlk vaxtlar uşağı dərsə sövq edə bilmirdim. Lakin “Microsoft Teams” proqramı ilə dərsə başladıqdan sonra hər şey yoluna düşdü. Müəllim təcrübəli idi, uşaqları ələ almağı, onlarda maraq oyatmağı bacarırdı. Çox vaxt oğlum özü dərsə yarım saat qalmış komputerin qarşısına keçir, hazırlaşırdı. Teledərslərə onlayn dərslər başladıqdan sonra baxmadıq. Onlayn dərslərədək “Dərs vaxtı”nı da izləyirdik, övladım özü maraq göstərirdi”.

 

Oğlu 5-ci sinifdə oxuyan valideyn Səyyarə Elxanın sözlərinə görə, məktəb bağlandıqdan sonra övladını rayona göndərməli olub: “Oğlumu məktəblər bağlananda rayona göndərdim. Dərslərinə həmişə diqqətlə yanaşmışam, lakin rayonda olduğu müddətcə onlayn dərslərə qoşula bilmədi. Qısaca, onu deyə bilərəm ki, müşahidələrimə görə, rayonda oxuyan şagirdlər üçün onlayn dərslər tamamilə effektsiz üsuldur”.

Aləmdə Nəsib