Ölümlə qalım arasında seçim - <font color=red> Həyatımız təhlükədədir</font>

Cəmiyyət

18.11.2019 - 16:37

Ekspert: “Vətəndaşlar həddindən artıq məsuliyyətsiz olublar, heç nədən qorxmurlar”

 

Havalar soyuduqca, ənənəvi problemimiz yenidən canlanır – dəm qazından boğulmalar. Hər il yazılır, deyilir, dartışır, səbəb-nəticə əlaqələri qurulur, lakin problem həllini tapmır ki, tapmır...

 

Xüsusilə, son zamanlar cəmiyyətdə iddialar var ki, mənzillərə verilən təbii qazın tərkibində hansısa qatqılar var. Yəni həmin qatqılar qazın normal yanmasına mane olur, zəhərli effekt yaradır və nəticədə boğulma hadisələri meydana gəlir.

 

AYNA yenidən məsələni gündəmə gətirmək, çıxış yolları aramaq məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov müraciət edib. Qurumun rəsmisi qatqı məsələsini birmənalı şəkildə istisna edib: “İstehsalat Birliyinin nə marağı var ki, o qazın tərkibinə nəsə qatsın? Həm də onun məsuliyyəti böyükdür.  Bunu kim iddia edir, bilmirəm, amma düzgün səslənməyən bir fikirdir. Biz heç vaxt belə bir şeyə gedə bilmərik. Ümumiyyətlə, bu, nəyə lazımdır axı?! Qazın keyfiyyətini də artırmır. Mən heç bilmirəm, söhbət hansı maddələrdən gedir”.

Ülviyyə Şahin


Ramanada faciə

Dünən, 17:26 Hadisə