“Vəziyyəti bir qədər gərginləşmişdi, hazırda reanimasiyadadır"
Oğlu Sasson Abramov Mərkəzi Klinik Xəstəxanada müalicə alan atası, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədrinin müavini Yevda Abramovun vəfat etməsi barədə xəbərləri təkzib edib.
AYNA-nın məlumatına görə, o, APA-ya bildirib ki, atası hazırda xəstəxananın reanimasiya şöbəsindədir, müalicəsi davam etdirilir: “Vəziyyəti bir qədər gərginləşmişdi, hazırda reanimasiyadadır. Allaha şükür, vəziyyəti yavaş-yavaş stabilləşir”.
Mərkəzi Klinik Xəstəxanadan da bildirilib ki, Y.Abramovun vəfat etməsi barədə məlumatlar əsassızdır.