Ölkəyə qaçaqmalçılıq yolu ilə siqaret gətirilməsinin qarşısı alındı

Xəbərlər

15.04.2021 - 14:46

Həkimlər Klinikalar SEO Xidməti

Gömrük nəzarətindən gizlədilən 4000 ədəd müxtəlif markalı siqaret aşkar edilib

 

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.

 

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya bildirilib ki, Biləsuvar gömrük postunda İran İslam Respublikasından “Dong Feng” markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.

 

Nəqliyyat vasitələrinə kinoloji xidməti itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4000 ədəd müxtəlif markalı siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş