Ölkəyə gizli yolla spirtli içkilər keçirilməsinə cəhd

Hadisə

23.01.2020 - 12:13

Həkimlər Klinikalar SEO Xidməti

Təhlükəsizlik avadanlıqlarını və spirtli içkiləri gizlədərək keçirməyə çalışıb

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Qaz 3102" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı nəticəsində nəqliyyat vasitəsinin arxa oturacağının arxasında xüsusi hazırlanan yerdə gömrük nəzarətindən gizlədilən 13 ədəd "Alhua HDCVİ Eyeball", 2 ədəd "ST-2203", 1 ədəd "Alhua HDCVİ Bullet" adlı təhlükəsizlik kameraları, 3 ədəd "Audio Monitor Kit Microphone" adlı səs yazan qurğu, 2 ədəd "İkea" adlı lampa və 27 ədəd üzərində "Qomel" yazılan spirtli içki aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş