Rayonlarda qar yağacağı ehtimalı var
Bu gündən noyabrın 5-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.