Ölkədə koronavirusa yoluxanların 20 faizi uşaqlardır

Cəmiyyət

03.11.2020 - 14:32

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik rəsmisi: “Uşaqlar böyüklərlə müqayisədə xəstəliyi simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirir”

 

12 yaşdan kiçik olan uşaqlarda COVID-19 virusu aşkar edildikdə onlar dərhal sahə pediatrının nəzarəti altına götürülür. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova bildirib.

 

Onun sözlərinə görə, xəstəliyin gedişatına uyğun olaraq onlar müşahidə altında tutulur, ağırlaşma halları baş verdikdə isə dərhal xəstəxanaya yerləşdirilir: “Uşaqlar böyüklərlə müqayisədə koronavirus xəstəliyini simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirir. Ümumiyyətlə, uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20 faizini təşkil edir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş