Oğuzda yol qəzası olub, ölən və xəsarət alanlar var

Hadisə

08.09.2024 - 22:21

Həkimlər Klinikalar SEO Xidməti

Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb

Oğuzda qəza zamanı xəsarət alan sürücülardən biri ölüb. Bu barədə AYNA-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Sentyabrın 8-də saat 15 radələrində rayonun Bayan kəndi ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 37 yaşlı Əyyub Əyyubov aldığı xəsarətlərdən xəstəxanada ölüb, “Mercedes”in sürücüsü Turan Lətifov və 3 sərnişini xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş