Yıxılaraq başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada ölüb
Oğuzda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Oğuz şəhər ərazisindəki yaşayış evlərindən birində baş verib.
Belə ki, 2022-ci il təvəllüdlü Məmmədov Məhəmməd Nicat oğlunun yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.
O, bu gün xəstəxanada dünyasını dəyişib