Daxili İşlər naziri müvafiq əmr imzalayıb
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin (DYPİ) rəisi, polis polkovniki Nüşrəvan Səfərov işdən çıxarılıb. AYNA xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, N.Səfərov xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.