Növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb

Xəbərlər

08.02.2023 - 11:01

227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

AYNA xəbər verir ki, qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş