Notariat fəaliyyəti üçün şəhadətnamə almaq istəyənlər test imtahanı veriblər

Xəbərlər

01.10.2023 - 14:26

48 namizəd müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb

Dövlət İmtahan Mərkəzi (DİM) və Ədliyyə Nazirliyi sentyabrın 30-da notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən AYNA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün 135 namizəd qeydiyyatdan keçib. 9 namizəd imtahana gəlməyib. 48 namizəd müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Müəllif: Ayna.az