Nəvəsi tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb

Xəbərlər

29.11.2023 - 10:36

Həkimlərin səyinə baxmayaraq kişi gecə saatlarında aldığı xəsarətlərdən dünyasını dəyişib

Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb. AYNA xəbər verir ki, bu barədə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, ötən gün axşam saatlarında 77 yaşlı şəhər sakini Yaşar İbrahimov çoxsaylı bıçaq xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

“Kişi ilkin müayinə və müalicələr edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq Y.İbrahimov gecə saatlarında aldığı xəsarətlərdən dünyasını dəyişib. Qaydalara uyğun olaraq Y.İbrahimovun meyiti daha sonra Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, hadisə ailə-məişət zəminində baş verib. Babasını bıçaqlayan 21 yaşlı Ruslan İbrahimovun səhhətində psixi problemləri olduğu, müalicələr aldığı bildirilir. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş