“Baş nazirin ofisinə hücumla bağlı məlumat səhvdir"
İsraildəki məlumatlı mənbə İranın İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə hücum etməsi xəbərini təkzib edib.
AYNA.AZ TASS-a istinadən bildirir ki, mənbə Baş nazirin ofisinə hücumla bağlı məlumatı şərh edərkən bildirib ki, "məlumat səhvdir".
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Netanyahunun ofisinə zərbələr endirdiyini açıqlamışdı.
İsrailli siyasətçinin taleyi hazırda məlum deyil və İsrail rəsmiləri hələlik hadisə ilə bağlı şərh verməyiblər.