Netanyahu Suriya ilə gərginlik səbəbindən məhkəmə iclasını təcili tərk edib

Dünya

16.07.2025 - 20:19

Baş nazir vəziyyəti izləmək üçün məhkəmə iclasını tərk etmək məcburiyyətində qalıb

İsrailin Baş naziri Benyamin Netanyahu Suriya ilə gərginliyin artması səbəbindən məhkəmə iclasını təcili tərk edib. AYNA.AZ “The Times of Israel”a istinadən bildirir ki, dövlət təhlükəsizlik xidmətləri Dəməşqlə mümkün eskalasiyaya hazırlaşır, ona görə də Baş nazir vəziyyəti izləmək üçün məhkəmə iclasını tərk etmək məcburiyyətində qalıb.

Qeyd olunub ki, bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri son günlər druzlarla bədəvilər arasında şiddətli toqquşmaların baş verdiyi Əs-Suveyda şəhərindəki Suriya rejiminin mövqelərinə, həmçinin Dəməşqdəki Baş Qərargah binasına pilotsuz təyyarələrlə zərbələr endirib.

Xatırladaq ki, 2019-cu ildə İsrailin baş prokuroru Benyamin Netanyahuya qarşı “rüşvətxorluq, etibardan sui-istifadə və vəzifə səlahiyyətlərindən şəxsi maraqlar üçün sui-istifadə” işlərində məhkəməyə üç ittiham təqdim edib. Netanyahu cinayətdə ittiham olunan ilk İsrail Baş naziri oldu və ilk dəfə 2024-cü ilin dekabrında Tel-Əviv Rayon Məhkəməsində məhkəmə qarşısına çıxdı.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş