Netanyahu Qəzzaya nəzarət üçün hərbi komandanlığın planını təsdiqləyib

Dünya

22.08.2025 - 09:39

Baş nazir girovların azad edilməsi ilə bağlı dərhal danışıqlara başlamaq barədə göstəriş verib

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza üzərində nəzarətin yaradılması və HƏMAS-ın “son məğlubiyyətini” nəzərdə tutan hərbi komandanlıq planını təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti”yə Baş nazirin aparatının müşaviri Dmitri Gendelman deyib.

Qeyd edib ki, siyasətçi avqustun 21-də İsrail Müdafiə Qüvvələrinin (IDF) müvafiq planlarını təsdiqləmək üçün Qəzza diviziyasına gəlib.

Gendelmanın sözlərinə görə, hökumət başçısı Təl-Əvivin müharibəni ölkə üçün məqbul şərtlərlə dayandırmaq əzmini qeyd edib.

Bundan əlavə, yəhudi dövlətinin başçısı bütün girovların azad edilməsi ilə bağlı dərhal danışıqlara başlamaq barədə göstəriş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş