Netanyahu müharibənin ən qızğın vaxtında BƏƏ-yə səfər edibmiş

Dünya

14.05.2026 - 11:26

“Bu səfər İsrail və BƏƏ arasındakı münasibətlərdə tarixi bir irəliləyişdir”

"Wall Street Journal" qəzeti İranla müharibənin ən qızğın dövründə Mossad rəhbəri Dadi Barneanın Əmirliklərə gizli səfərləri barədə məlumat verdikdən sonra İsrail mediası "Shin Bet" rəhbəri David Zininin də BƏƏ-yə uçduğunu yazıb. AYNA.AZ xəbər verir ki, həmin axşam, milli televiziyada axşam xəbərləri yayımlanmazdan əvvəl, İsrail Baş Nazirinin Ofisinin Mətbuat Xidməti Benyamin Netanyahunun da müharibənin ən qızğın dövründə BƏƏ-yə uçduğunu açıqlayıb.

Rəsmi kommünikedə deyilir: ““Aslanın nəriltisi” müharibəsinin ən qızğın vaxtında Baş nazir Netanyahu gizlicə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib və BƏƏ Prezidenti Məhəmməd bin Zayed ilə görüşüb. Bu səfər İsrail və BƏƏ arasındakı münasibətlərdə tarixi bir irəliləyişdir”.

"Kan"ın müxbiri Maykl Şemeş qeyd edib: "İran İsraili və BƏƏ-ni raketlərlə atəşə tutarkən, Baş nazir İrana ən yaxın ölkəyə uçurdu”.

Bütün bu həssas məlumatların məxfiliyinin açıqlanması (görünür, bu, İran üçün sirr deyildi - buna görə də Tehranın "Azadlıq Əməliyyatı"na ilk cavabı BƏƏ-ni atəşə tutmaq və Əbu-Dabini təhdid etmək idi) sentyabr ayında erkən seçkilərin təsdiqi kimi qəbul edilə bilər. “Kan” telekanalı bildirir ki, Netanyahu ultra-ortodoks partiyalar kimi, 7 oktyabr qırğınının üç illiyini gözləməkdənsə, sentyabrın əvvəlində seçkilərə üstünlük verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş