Neftin qiyməti ucuzlaşıb

İqtisadiyyat

30.11.2021 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin bir bareli 75 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,53 dollar azalaraq 70,91 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,05 dollar ucuzlaşaraq 67,90 dollar olub.

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,69 dollar artaraq 75,60 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş