Azərbaycan neftinin qiyməti ucuzlaşıb

İqtisadiyyat

20.02.2021 - 12:17

Həkimlər Klinikalar SEO Xidməti

Neftin qiymətində ucuzlaşma müşahidə olunub

 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,97 ABŞ dolları, yaxud 1,5 % azalıb.

 

AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,73 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az