Neftimiz bahalaşıb

İqtisadiyyat

02.09.2025 - 13:01

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Dünya birjalarında neft bahalaşıb. AYNA.AZ xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,33 dollar artaraq 68,48 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,95 dollar artaraq 64,96 dollar təşkil edib.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin də qiyməti artıb.Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,8 ABŞ dolları və ya 1,15% artaraq 70,54 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,74 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş