Neft qiymətləri bahalaşıb

İqtisadiyyat

14.07.2022 - 12:34

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,45 dollar artaraq 100,02 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,25 dollar bahalaşaraq 96,55 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,27 dollar artaraq 114,18 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş