Neft bahalaşmaqda davam edir

İqtisadiyyat

02.03.2022 - 11:07

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin qiyməti 112 dollara yaxınlaşır

Dünyada baş verən hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşıb. Ayna xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,88 dollar artaraq 109,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 4,85 dollar artaraq 108,26 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 9,16 dollar artaraq 111,90 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 25-də (106,22) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş