Neft bahalaşıb

İqtisadiyyat

04.10.2025 - 11:44

Azərbaycan neftinin qiyməti yenidən 69 dolları ötüb

Dünya bazarlarında neft bahalaşıb. AYNA.AZ xəbər verir ki, oktyabrın 4-də Nyu-York Mercantile Exchange (NYMEX) birjasında WTI markalı neftin noyabr fyuçersləri 0,66% artaraq 60,88 ABŞ dolları/barel təşkil edib. London ICE Futures Europe (ICE) birjasında isə Brent markalı neftin dekabr fyuçersləri 0,66% bahalaşaraq 64,53 ABŞ dolları/barel olub.

Qiymət artımı Yaxın Şərqdə geosiyasi risklər və ABŞ-da hasilat templərinin azalması ilə əlaqədar bazarda təkliflə bağlı narahatlıqlar fonunda baş verib.

"Azeri Light" (CIF) markalı Azərbaycan neftinin də qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,7 ABŞ dolları və ya 1% artaraq 69,21 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,51 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş