Neft bahalaşıb

İqtisadiyyat

25.01.2024 - 12:51

“Azeri Light”ın bir bareli 85 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri artıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,36 dollar artaraq 80,4 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,41 dollar artaraq 75,5 dollar təşkil edib.

Azərbaycan nefti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,11 dollar və ya 1,3 faiz azalaraq 85,34 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az