Nazirlik valideynlərə müraciət edib: “Gizlilik qaydalarını öyrədin”

Xəbərlər

05.10.2022 - 12:29

“Sosial mediadan istifadə edərkən hesablarını nəzarətdə saxlayın”

Daxili İşlər Nazirliyi (DİN) uşaqlara qarşı kiberzorakılıqla bağlı valideynlərə müraciət edib.

AYNA xəbər verir ki, nazirliyinin sosial şəbəkələrdə yaydığı müraciətdə bunlar vurğulanıb:

- Virtual mühitdə diqqət edilməsi vacib olan məsələlərlə bağlı övladlarınıza məntiqli izahlar verin;

- Müasir texnologiyalardan istifadəni qadağa etmək əvəzinə, düzgün istifadə etməyi aşılayın;

- Sosial mediadan istifadə edərkən hesablarını nəzarətdə saxlayın və gizlilik qaydalarını öyrədin;

- Virtual mühitdə qarşılaşa biləcəyi təhlükə və riskləri başa düşəcəyi dildə deyin;

- Övladınıza sosial şəbəkədə hansısa bir təhdid və təhlükə ilə üzləşdikdə valideyni ilə bölüşə və polisə müraciət edə biləcəyini öyrədin.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş