Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb
Yasamal rayonu, Tibilisi prospektində “İst food” kafesinin tikintisi zamanı bir neçə ağacın kafenin binasının içərisində qalması və quruması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat yerində araşdırılıb.
Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin AYNA-ya bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı kafenin daxilində 18 ağacın qaldığı məlum olub. Araşdırma zamanı ağacların qurumadığı, Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında budandığı və onlara mütəmadi aqrotexniki qulluq göstərildiyi müəyyən edilib.
Ayna.az
Pin up casino Pin-up casino giriş