Nazirlik Bakıdakı silahlı insidentlə bağlı məlumat yaydı

Hadisə

23.12.2019 - 11:00

Həkimlər Klinikalar SEO Xidməti

"Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər"
 

Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb.

 

Nazirlikdən AYNA-ya verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb. 

 

"Dekabrın 22-si saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 

 

Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir",- nazirlikdən bildirilib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş