Nazirin anası saxta yolla pensiya alıb? - <font color=red> RƏSMİ CAVAB</font>

Cəmiyyət

11.01.2021 - 16:26

Həkimlər Klinikalar SEO Xidməti

Fazil Talıbov: “Nailə xanım 25 ildir ki, ağır şəkərli diabet - insulin xəstəsi olmaqla, ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkir”

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazir Sahil Babayevin anasının saxta əlillik yolu ilə pensiya alması ilə bağlı iddialara münasibət bildirib. AYNA-nın xəbərinə görə, nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, sosial şəbəkələrin verdiyi imkanlardan öz məkrli xislətinə uyğun istifadə edən, xaricdə oturub ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyası aparanlar “fəaliyyətlərini” davam etdirirlər.

 

“Əmək və əhalinin sosial müdafiəsi nazirinin anası Nailə Babayevanın əlilliyinin guya əsassız olması barədə həqiqətdən və həm də ləyaqət hissindən uzaq paylaşımlar da bunun davamıdır. Nailə xanım 25 ildir ki, ağır şəkərli diabet - insulin xəstəsi olmaqla, həmçinin, ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkir. Ötən dövrdə dəfələrlə ağır ürək əməliyyatları keçirib, ürəyinə altı stent qoyulub, sonradan ürəyində aorta koronar şuntlama əməliyyatı keçirilib. Belə olan halda 2005-ci ildə ona təyin olunan əlilliyin guya 2016-cı ildə təyin edildiyi və əsassız olması barədə məqsədli dezinformasiya yaymaq ləyaqət hissindən uzaqdır”, - deyə Talıbov bildirib.

 

Nazirlik rəsmisi qeyd edib ki, rüşvətxorluğa və saxtakarlığa görə nazirlikdən uzaqlaşdırılan şəxslərin təşkilatçılığı ilə bu kimi yalan, böhtan tipli məlumatları yayanlar öz ailələrinin içində saxtakar axtarışına çıxsalar, cəmiyyətə daha faydalı olarlar: “Çünki onda əsl saxtakarın kim olduğunu biləcəklər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş