Naxçıvanın sabiq prokuroru həbs olunub?

Xəbərlər

02.02.2023 - 12:24

Baş Prokurorluq məlumat yayıb

Bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılıb.

AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

Baş Prokurorluğun açıqlamasında qeyd edilib: “Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir. Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır”.

Müəllif: Ayna.az