Naxçıvanda yük avtomobili yanıb

Hadisə

21.07.2025 - 08:56

TIR naməlum səbəbdən alovlanmağa başlayıb və partlayıb

Naxçıvanda yük avtomobili yanıb. AYNA.AZ xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralında baş verib.

Bitumla dolu TIR naməlum səbəbdən alovlanmağa başlayıb və partlayıb.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi, polis əməkdaşları cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş