Naxçıvanda da tədris prosesi dayandırılıb

Xəbərlər

03.03.2020 - 17:03

Həkimlər Klinikalar SEO Xidməti

Həmçinin bu qərar uşaq bağçalarına da aiddir

 

2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

 

AYNA xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

 

Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

 

Həmçinin bu qərar uşaq bağçalarına da aiddir.

 

Qeyd olunur ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafika uyğun davam edib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş