Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Xəbərlər

07.04.2024 - 22:43

cedabet dərman SEO Xidməti

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, aprelin 7-si saat 17:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş