Navalnının keçmiş vəkilləri həbs olunub

Dünya

17.01.2025 - 18:23

Həkimlər Klinikalar SEO Xidməti

Vadim Kobzev 5 il 6 ay, Aleksey Liptser 5 il, İqor Serqunin isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Rusiyanın Vladimir vilayətinin Petuşinski məhkəməsi Aleksey Navalnının vəkilləri Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunini “ekstremist” bir cəmiyyətdə, Korrupsiyaya Qarşı Mübarizə Fondunda (FBK) iştirakda ittiham olunaraq 3,5 ildən 5,5 ilədək müddətə azadlıqdan məhrum edib. AYNA xəbər verir ki, bu barədə “Mediazona” məlumat yayıb.

Məhkəmə qapalı keçirilib. Hakim Yuliya Şilovanın hökmü ilə Vadim Kobzev 5 il 6 ay, Aleksey Liptser 5 il, İqor Serqunin isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Serqunin təqsirini etiraf edib və 2024-cü ilin mayında istintaqla əməkdaşlığa başlayıb.

Cəzasını çəkdikdən sonra məhkumlara üç il müddətində vəkillik fəaliyyəti qadağan ediləcək.

Navalnının vəkilləri 2023-cü ilin oktyabrında həbs edilib. İttiham tərəfi iddia edib ki, onlar Navalnının cəzaçəkmə müəssisəsindən məktublarını mütəmadi olaraq “statuslarından istifadə edərək” onun tərəfdaşlarına ötürüblər. Bununla da mərhum müxalifətçi “ekstremist icmanın lideri və direktoru funksiyalarını yerinə yetirməyə davam edib”.

Siyasətçinin həmfikirləri onun və müdafiəçilərinin koloniyada görüşlər zamanı gizli kameralardan istifadə edərək casusluq edildiyini iddia ediblər.

2023-cü ilin noyabrında Kobzev, Liptser və Serqunin “Rosfinmonitoring”in “ekstremistlər və terrorçular siyahısı”na əlavə edilib. Keçən avqustda bu siyahıya Mariya Pevçix və Navalnının keçmiş mətbuat katibi Kira Yarmış da əlavə edilib. Mərhum müxalifətçinin Rusiyanı tərk etməsinə müvəffəq olmuş vəkilləri Olqa Mixaylova və Aleksandr Fedolov da orada qalıblar.

Kobzev mətnini “Novaya qazeta”da dərc etdirdiyi yekun bəyanatında hüquq müdafiəçilərinin təqibini 1930-50-ci illərdə SSRİ-də hökmlərlə müqayisə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş