NATO Trampın qəzəbindən qorxur

Dünya

01.06.2026 - 17:34

"Çexiya NATO-nun müdafiə xərclərini ÜDM-in 2 faizindən aşağı salmaqdan ehtiyat edən bir neçə ölkədən biridir”

Şimali Atlantika Alyansı (NATO) ABŞ Prezidenti Donald Trampın bəzi ölkələrin müdafiə xərclərini azaltmaq qərarına qarşı qəzəbindən qorxur. AYNA.AZ xəbər verir ki, bu barədə "The Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.

Qərb rəsmiləri nəşrə bildiriblər ki, "Çexiya NATO-nun müdafiə xərclərini ÜDM-in 2 faizindən aşağı salmaqdan ehtiyat edən bir neçə ölkədən biridir. Bu, Trampın qəzəbindən yayınmağa çalışan NATO rəsmiləri üçün ciddi problemdir. Çnki Amerika lideri artıq İrana qarşı müharibəni dəstəkləmədiyini düşündüyü bir çox müttəfiqinə qarşı qəzəblidir".

Qeyd olunub ki, NATO digər ölkələrin Çexiyadan nümunə götürüb Alyans daxilində xərclərini azalda biləcəyindən narahatdır.

Çexiyanın Baş naziri Andrey Babiş daha əvvəl bildirib ki, Praqa bu il NATO-nun ÜDM-in 2 faizi həcmində müdafiə xərcləri hədəfinə çata bilməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş