"Türkiyədə növbəti görüşümüzü, ardınca isə Albaniyada keçiriləcək görüşü səbirsizliklə gözləyirik"
NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə, 2027-ci ildə isə Albaniyada keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə NATO-nun Haaqa sammitinin yekun bəyanatında bildirilib.
“Niderland Krallığının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. Biz 2026-cı ildə Türkiyədə növbəti görüşümüzü, ardınca isə Albaniyada keçiriləcək görüşü səbirsizliklə gözləyirik”, – bəyanatda qeyd edilib.