Noyabrın 4-dən 28-dək Rovajarvi poliqonunda “İldırım zərbəsi 24” adlı təlim keçiriləcək
NATO Rusiya ilə sərhədə yaxın Rovajarvi poliqonunda “Lightning Strike 24” (İldırım zərbəsi 24) adlı ən böyük artilleriya təlimi keçirəcək. AYNA xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, təlimlər noyabrın 4-dən 28-dək davam edəcək.
Təlimlərdə Finlandiya, ABŞ, İsveç, Estoniya, Böyük Britaniya və Fransadan 3600-ə yaxın hərbçi iştirak edəcək.
“Lightning Strike 24” Alyansın tarixində Avropada keçirilən ən böyük artilleriya atış seriyası olan “Dinamik Cəbhə 25”in bir hissəsi kimi keçiriləcək.
“Təlimin məqsədi Finlandiyanın müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlıqda şimaldakı əməliyyat zonasında müdafiə qabiliyyətini nümayiş etdirmək, həmçinin əməliyyat komandanlığı və nəzarətini həyata keçirməkdir”, - deyə Müdafiə Nazirliyindən qeyd edilib.