“Lunar Trailblazer” proqram təminatının və əməliyyat hazırlığının yekun sınaqları aparılır
NASA 2025-ci il yanvarın 1-dən yanvarın 5-dək Yerin təbii peykində buzun axtarışı üçün nəzərdə tutulmuş "Lunar Trailblazer" Ay orbitalını buraxmağı planlaşdırır. AYNA xəbər verir ki, bu barədə “SpaceNews” yazıb.
“Lunar Trailblazer” orbiter “Intuitive Machines” tərəfindən hazırlanmış “Nova-C” eniş aparatının daxil olduğu IM-2 missiyası üçün dəstəkləyici yük olacaq.
Hazırda “Lunar Trailblazer” proqram təminatının və əməliyyat hazırlığının yekun sınaqları aparılır. Müvafiq işlər başa çatdıqdan sonra cihaz kosmosa göndəriləcək.
Orbitatorun vəzifələrindən biri də Ayda suyun konsentrasiyasının zamanla necə dəyişdiyini öyrənməkdir.