Həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülüb
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında mikroavtobus idarə edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Quba rayon sakini Anar İsmiyevin idarə etdiyi marşrut mikroavtobusu rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. A.İsmiyevin həkim müayinəsindən keçirilməsi təmin edilib və onun narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.
Həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülüb.