Narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanılıb

Xəbərlər

08.12.2023 - 11:13

Həkimlər Klinikalar SEO Xidməti

Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Samux rayonu ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Z.Mahmudov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

Z.Mahmudov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Samux Rayon Məhkəməsinə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş