Narkotiki evindəki soyuducuda gizlətdi, yaxalandı

Xəbərlər

18.12.2023 - 16:09

Polis əməliyyat keçirib, iki nəfər saxlanılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Saatlı rayon sakini Emin Muradov saxlanılıb. Ondan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar olunub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

İlkin dindirmə zamanı E.Muradov metamfetamini tanışı Xətai rayonunda yaşayan Qabil adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları Yevlax rayon sakini Qabil Abdullayevi də saxlayıblar. Onun yaşadığı evə baxış zamanı soyuducuda gizlətdiyi 2 kiloqrama yaxın metamfetamin və marixuana aşkarlanaraq götürülüb.

Bildirilib ki, araşdırmalarla Q.Abdullayevin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq məqsədilə qəbul etdiyi müəyyənləşdirilib.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları mübarizə tədbirlərini davam etdirirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş