Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Xəbərlər

04.05.2024 - 12:31

Dörd nəfər saxlanılıb: onlardan psixotrop maddə metamfetamin və marixuana aşkarlanaraq götürülüb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, tədbirlər zamanı Zaur Musayev, Ağamoğlan Kərimov, İlkin Fərəcov və Rahil İsmayılov saxlanılıblar.

Onlardan psixotrop maddə metamfetamin və marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Beyləqan RPŞ-də cinayət iṣləri başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az