Nabranda istirahət mərkəzində yanğın olub

Hadisə

03.08.2023 - 12:22

Həkimlər Klinikalar SEO Xidməti

Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib

Xaçmaz rayonunun Nabran kəndində yerləşən istirahət mərkəzində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində bir dam altında tikilən, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli, müxtəlif təyinatlı tikilinin (mətbəx, ofis və camaşırxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş