Müəllimlərin elektron yerləşdirməsinin nəticələri açıqlanıb

Xəbərlər

08.10.2020 - 12:08

Məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib

 

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin 2-6 oktyabr tarixlərində keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Bu mərhələdə 4157 vakant yer müsabiqəyə çıxarılıb və nəticələrə əsasən, əlavə yerləşdirmədə 730 nəfər namizəd vakant yer tutub.

 

Namizədlər 12 oktyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

 

Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaqlar.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar