Müdafiə Nazirliyindən təkzib

Xəbərlər

02.10.2023 - 15:56

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin ərzaq aparan texnikasına atəş açmayıb

Oktyabrın 2-si saat 14:25 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinə ərzaq aparan avtomobil texnikasına atəş açılması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", məlumatda deyilir.

Müəllif: Ayna.az