Müdafiə Nazirliyi əhaliyə müraciət edib

Xəbərlər

28.06.2022 - 13:06

İstifadəyə yararsız döyüş sursatlarının utilizasiyası davam etdirilir

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi 29.06.2022 - ci il tarixdən 02.07.2022 - ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Müəllif: Ayna.az