Müdafiə Nazirliyi: Düşmənin xeyli sayda hərbi texnikası məhv edilib

Xəbərlər

09.10.2020 - 14:21

Ordumuzun düşmənin hərbi hədəflərinə və hərbi texnikasına dəqiq zərbələri davam edir

 

Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv edib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, düşmən tərəfindən döyüş meydanında tərk edilən digər zirehli texnikaları isə bölmələrimiz tərəfindən tam işlək vəziyyətdə ələ keçirilib. Ordumuzun düşmənin hərbi hədəflərinə və hərbi texnikasına dəqiq zərbələri davam edir.

Müəllif: Ayna.az