MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib

Xəbərlər

26.02.2020 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləməlidir

 

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib. AYNA xəbər verir ki, bunu APA-ya MSK katibi Mikayıl Rəhimov deyib.

 

O bildirib ki, yekun protokol Konstitusiya Məhkəməsinə bu gün təqdim olunub.

 

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləməlidir.

 

Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

 

Xatırladaq ki, MSK 25 fevralda Milli Məclisə seçkilərin nəticələrini yoxlayıb və yekun vurub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş